Hesabını sil
Son yenilənmə: 13 sentyabr 2026
Hesabını tətbiq daxilində Ayarlar › Hesabımı sil addımından silə bilərsən. Tətbiqi telefonundan silmisənsə, hesabını bu səhifədən də silə bilərsən — tətbiqi yenidən quraşdırmağa ehtiyac yoxdur.
Nə silinir?
- Hesabın və profilin (adın, istifadəçi adın, bioqrafiyan, doğum tarixin)
- Profil şəklin və check-in şəkillərin
- Bütün check-in-lərin və xatirələrin
- Dostluqların, sorğular, bloklamalar və bildiriş qeydlərin
Nə qalır?
Başqalarına göndərdiyin mesajlar və göndərdiyin şikayətlər silinmir, anonimləşdirilir — göndərən məlumatı çıxarılır. Mesajları silmək qarşı tərəfin söhbət tarixçəsini də silmək demək olduğu üçün bu yol seçildi.
Silmə əməliyyatı geri alına bilməz. Eyni e-poçtla yenidən qeydiyyatdan keçə bilərsən, amma köhnə məlumatların geri gəlmir. Hesabını müvəqqəti bağlamaq istəyirsənsə, tətbiq daxilindəki hesabı dondurma seçimindən istifadə et — yenidən daxil olanda hesabın özü açılır.
Sil
Təhlükəsizlik üçün e-poçtuna 6 rəqəmli təsdiq kodu göndərəcəyik; kodu daxil edən şəxs hesabı silə bilər. Kod serverdə yoxlanılır; bu səhifənin hesabın üzərində heç bir səlahiyyəti yoxdur.
Hesabını Apple ilə açmısansa və "Hide My Email" (e-poçtumu gizlət) seçimini etmisənsə, kod Apple-ın sənə verdiyi gizli ünvana gedir və oradan Apple ID-ndəki əsl ünvanına yönləndirilir. Problem yaşasan, hesabını tətbiq daxilində (Ayarlar › Hesabımı sil, Apple ilə təsdiqlə) silə və ya destek@slooin.com ünvanına yaza bilərsən.
